Estoniyanın keçmiş baş naziri: Ukraynada cəbhədə vəziyyət çox çətindirbackend

Estoniyanın keçmiş baş naziri: Ukraynada cəbhədə vəziyyət çox çətindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukraynada döyüş bölgəsində müşahidə oluna bilən vəziyyət çox ağırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynada cəbhədə baş verənlərə bu cür qiyməti Estoniyanın keçmiş baş naziri, Avropa İttifaqının diplomatiya rəhbəri vəzifəsinə namizəd Kaya Kallas verib. 

“Ukraynanın qələbəsi bizim hamımız üçün prioritetdir. Cəbhədə vəziyyət çox ağırdır”, – deyə o qeyd edib və əlavə edib ki, “bu gün, sabah və nə qədər lazımdırsa” işləmək lazımdır.

Bundan əvvəl Avropa diplomatiyasının hazırkı rəhbəri Xosep Borrell Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə 1 milyon mərmi çatdırılmasını başa çatdıracağına söz vermişdi.