Yeni müharibə xəbərdarlığı: Bu ölkənin hədəfi Türkiyə olacaqbackend

Yeni müharibə xəbərdarlığı: Bu ölkənin hədəfi Türkiyə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qatıldığı televiziya proqramında gündəmlə bağlı sualları cavablandırıb. 

NOCOMMENT.az xəbər verir ki, daha əvvəl iki dünya müharibəsi olduğuna və onların kiçik səbəblərdən çıxdığına diqqət çəkən nazir Üçüncü Dünya Müharibəsinin hər an başlaya biləcəyini bildirib.

“İki dünya müharibəsi yaşadıq. Bu müharibələrin necə başladığını xatırlayırsınızmı? Çox kiçik səbəblərə görə. Deməli, böyük hadisə tələb etmir. Bu, hər an baş verə bilər. Təbii ki, müharibənin başlamasını istəmirik, amma bütün Türkiyə Cümhuriyyətinin və Türk millətinin təhlükəsizliyinə hər zaman hazır olmalıyıq. Hər fürsətdən istifadə edib, hər ehtimalı dəyərləndirəcəyik. Müharibə ehtimalı ola bilər, hər şeyi dəyərləndirəcəyik. Ən xırda təfərrüat və planlarımızı edirik amma öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”, – deyə nazir əlavə edib.

Nazir Türkiyə Pprezidenti Rəcəb Tayyib Ərdoğanın “daxil cəbhə” xəbərdarlığı və “İsrailin növbəti hədəfi Türkiyə olacaq” ifadələri ilə bağlı sualı belə cavablandırıb:

“Prezidentimizin haqlı olduğunun tərəfdarıyam. Çünki bizə hər zaman arxa cəbhə lazımdır. Dinc şəraitdə olsaq da, arxa cəbhənin gücü bir ölkənin xeyrinədir. Ona görə də Prezidentimiz bütün cəmiyyətə xəbərdarlıq edir. Çünki o bunu görür. İsrail Türkiyəyə hücum edəcəkmi? Hörmətli prezidentimiz belə bir təhlükə görməsə belə bir söz deyərdi? Təbii ki, o, hücuma keçə bilər”.