“Qərb bunun baş verməsini nə qədər istəsə də, Baltik dənizi heç vaxt NATO-nun daxili su hövzəsinə çevrilməyəcək”.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində bildirib.
“Bəzi qondarma ekspertlər bunun baş verməsini nə qədər istəsələr də, Finlandiya və İsveç Şimali Atlantika Alyansına daxil olduqdan sonra belə, Baltik dənizi Şimali Atlantika Alyansının daxili su hövzəsinə çevrilməyəcək”, – deyə Zaxarova bildirib.
O, Baltik dənizinin “istisnasız olaraq bütün region ölkələri üçün həmişə ümumi məkan olacağını” vurğulayıb.