Ukraynadakı münaqişəyə son qoymaq üçün aparılan danışıqlar dünya nizamına dair yeni “Potsdam sazişi”nə gətirib çıxara bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski TVN24 telekanalında bildirib.
“Aydındır ki, Potsdam miqyasında qərarlar havada asılıb və bu qərarlar onilliklər ərzində yeni dünya düzəni yarada bilər”, – Sikorski Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsini şərh edərkən deyib.
Onun fikrincə, Tramp komandası Kiyev və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müxtəlif siyasət ssenarilərini nəzərdən keçirir.
Eyni zamanda, Sikorski Tramp administrasiyasının “Ukrayna üçün fəlakətli məğlubiyyətdən” faydalanmayacağına əminliyini ifadə edib.