Polşa prezidenti Anjey Duda evdə xoşagəlməz hadisə zamanı sağ əlinin barmağının bir hissəsini itirib.
NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın Onet portalı məlumat yayıb.
“Kiçik tibbi prosedur tələb olunub”, – prezident kanslerinin katibi Voytsex Kolarski deyib.
Onun sözlərinə görə, xəsarət Dudanın evində işdən sonrakı boş vaxtlarında baş verib.