Suriya prezidenti Bəşər Əsədlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş üçün hələlik heç bir şərt yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev TASS-a müsahibəsində bildirib.
Buna baxmayaraq, onun sözlərinə görə, hazırda Müdafiə nazirlikləri arasında dördtərəfli formatda müəyyən əlaqələr mövcuddur.
“Ümumiyyətlə, mənə elə gəlir ki, iki ölkə prezidentlərinin görüşü barədə danışmaq tezdir”, – Lavrentyev qeyd edib.