Abxaziyada parlamentə basqın cəhdi – Etirazlar davam edirbackend

Abxaziyada parlamentə basqın cəhdi – Etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüzlərlə insan Abxaziya parlamenti qarşısında Rusiya şirkətlərinə ölkədə investisiya layihələri həyata keçirməyə imkan verən Moskva ilə sazişin ratifikasiyasına qarşı etiraz aksiyasında iştirakı davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Müxalifət üzvləri bir neçə dəfə parlament binasına soxulmağa cəhd edib və parlamentin qarşısındakı meydana daxil ola biliblər.

Abxaziyanın Suxum şəhərində parlament binası qarşısına toplaşan yüzlərlə nümayişçi deputatlardan qonşu Rusiya ilə investisiya müqaviləsini ləğv etməyi tələb ediblər.

Bəzi etirazçılar asayiş keşikçilərini daş və digər mərmilərlə atəşə tutub.