Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.