ABŞ ordusunda ötən il 500-dən çox hərbçi intihar edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Pentaqonun bəyanatına istinadən məlumat yayıb.
“2023-cü təqvim ili ərzində 523 hərbçi intihar edib…” Pentaqonun saytında deyilir.
Departamentin məlumatına görə, bu, 493 ABŞ hərbçisinin intihar etdiyi 2022-ci il üçün rəqəmləri üstələyir.