Donald Trampın Amerika prezident seçkilərində qələbəsi ilə əlaqədar NATO ölkələri yaxın gələcəkdə Ukraynanın nüvə proqramının həyata keçirilməsinə maraq göstərməyə başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində yazıb.
“Mən inanıram ki, NATO-da Trampın qələbəsindən məyus olan siyasətçilərin gözləri bu hesabatdadır”, – deyə o vurğulayıb.
Filippo həmçinin Qərb dövlətlərini Kiyevə dəstəyi dayandırmağa çağırıb.