COP29 regionun hərtərəfli inkişafına təkan verəcək – Politoloqbackend

COP29 regionun hərtərəfli inkişafına təkan verəcək – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər şeydən öncə qeyd etməliyik ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, suverenliyimizin bərpasına yol açan məsələlərdə illər ərzində formalaşdırdığımız imic, sərgilədiyimiz mədəni münasibət mühüm rol oynadı. Qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyimizin zəfərimizdə oynadığı böyük rol danılmazdır. Bu həm də onu sübut etdi ki, bütün təzyiq və tənqidlərə baxmayaraq, cənab Prezident İlham Əliyev əsas hədəfə doğru addımlamağı mükəmməl bacarır.           

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Şübhəsiz ki, COP29 da belə nəhəng tədbirlər içərisində əhəmiyyətli yerə malikdir. Tədbirin nəticələri sadəcə Azərbaycan üçün yox, region və bütövlükdə dünya üçün müsbət əmsala malikdir. Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biridir. Müasir dünyada onun istiqamətləri konvensional kontekstdən çıxıb, bərpaolunan istiqamətə doğru sürətlə irəlilədiyindən Azərbaycan da bu işdə proaktiv yanaşma ortaya qoyur. İqlim dəyişməsi, biomüxtəlifliyin qorunması, ekoloji cəhətdən təmiz dünya ideyasının təşviqində Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda meqa layihələr həyata keçirib. Yəni əslində bu tədbir Azərbaycanın bu istiqamətdə atdığı addımların ilki deyil, ən irimiqyaslı olanıdır. 

COP29 tədbiri həm də Azərbaycana qarşı böhtan, şər kampaniyasının fonunda uğurla həyata keçirilir. Azərbaycana qarşı ikili standartlar tətbiq edən, riyakar siyasət yürüdən faktorlar, tərəflər və təsisatlar bütün cəhdlərə rəğmən uğursuzluğa düçar oldular. Bütün dünyanın nəbzi Bakıda döyünür desək, zənnimcə, ən düzgün ifadə olar. Bu tədbir regionun hərtərəfli inkişafına təkan verəcək. COP29 çərçivəsində kiçik ada dövlətlərinə şamil olunan dəstək Azərbaycanın yürütdüyü siyasətin lokal, regional deyil, qlobal mahiyyət kəsb etdiyindən xəbər verir. COP29 zamanı səsləndirilən fikirlər, verilən bəyanatlar ondan xəbər verir ki, bu istiqamət üzrə artıq fəaliyyətə başlamalı, bütün ideyaları əməldə göstərməliyik.

COP29

 

Elnur Quliyev