Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsi onun dünyadakı imicinə müsbət təsir göstərirbackend

Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsi onun dünyadakı imicinə müsbət təsir göstərir – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29, şübhəsiz ki, dünyanın ən mühüm iqlim tədbirlərindən biridir. Bugün dünyamızda iqlimlə bağlı çox ciddi proseslər yaşanır. Təəssüflər olsun ki, iqlimin bugünkü şəraiti dünya üçün yaxşı heç nə vəd etmir. Xüsusən, inkişaf etmiş ölkələr dünya iqliminə, dünya flora və faunasına ciddi şəkildə zərbə vuracaq fəaliyyətdədirlər. Və onun üçün də bütün bu yaşanan proseslər dünyanın Cop zirvəsində alınan qərarlara və müzakirələrə nə qədər ehtiyac duyduğunu göstərir və ölkəmiz onun ən gözəl şəkildə təşkilinə xüsusi həssaslıqla yanaşır.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib. 

COP özlüyündə bütün insanlığı maraqlandıran və bütöv bəşəriyyət üçün faydalı bir tədbir olsa da, təəssüflər olsun ki, bunu siyasi tonlara çəkməyə çalışan qüvvələr var. Lakin bugün bu qüvvələr iflas etdilər. Başda Fransa, Avropa parlamentindəki ermənipərəst vəkillər olmaqla, erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr bugün məğlub oldular. Çünki Azərbaycan COP-a ev sahibliyi etmək haqqı qazandı və onun ölkəmizdə keçirilməyi bütün dünyada müsbət əks – səda doğurdu.

Həqiqətən, Cənubi Qafqazın yüksələn regional gücü – Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsi onun dünyadakı imicinə müsbət təsir göstərir və bütün dünya görür ki, Azərbaycan bugün dinamik inkişaf mərhələsində olan bir ölkədir. O həm xarici investorlar üçün, həm də başqa – başqa iqtisadi qruplar üçün, həqiqətən də, güvənilir bir partnyordur.

 

Elnur Quliyev