Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin işinin bütün formatlarından uzaqlaşdığını göstərir.
NOCOMMENT.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də keçiriləcək KTMT sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Pankinə Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib.
“Xahiş edirəm sualı erməni tərəfinə ünvanlayın”, – deyə Pankin cavab verib.
“Lakin erməni tərəfinin bəyanatlarına əsasən, indiki mərhələdə o, KTMT-nin müxtəlif səviyyələrdə tamamilə bütün formatlarda fəaliyyətində iştirakdan uzaqlaşır”, daha sonra əlavə edib.