Tramp enerji naziri vəzifəsinə Kris Raytın namizədliyini açıqlayıbbackend

Tramp enerji naziri vəzifəsinə Kris Raytın namizədliyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp energetika naziri postuna Liberty Energy neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Kris Raytın mənim administrasiyasıma ABŞ-ın energetika naziri və yeni yaradılmış Milli Enerji Şurasının üzvü kimi qoşulacaq”, – RİA Novosti Trampın bəyanatından sitat gətirir.

O əlavə edib ki, ABŞ-ın yeni Enerji Şurasına daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürülmüş milyarder Daq Berqum da daxil olacaq.