İran XİN Maskın ölkənin BMT-dəki daimi nümayəndəsi ilə görüşünü təkzib edibbackend

İran XİN Maskın ölkənin BMT-dəki daimi nümayəndəsi ilə görüşünü təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi amerikalı iş adamı İlon Maskın ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani ilə görüşünü təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

“Bəzi Amerika KİV-lərində İlon Maskın Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşü ilə bağlı verilən açıqlamaya gəlincə: biz bu görüş faktını qəti şəkildə inkar edirik”, – deyə o vurğulayıb.

Baqai Amerika mediasının iddia edilən görüşlə bağlı geniş təbliğat aparmasından təəccübləndiyini bildirib.

Bundan əvvəl “The New York Times” qəzeti yazıb ki, İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüş keçirib, görüşdə Tehran və Vaşinqton arasında gərginliyin aradan qaldırılması yolları müzakirə olunub.