Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölübbackend

Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.

“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.

Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.