Donald Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan sonra miqrantlarla mübarizə məqsədilə ölkədə fövqəladə vəziyyət elan edə bilər.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu tədbirlər qeyri-qanuni mühacirlərin deportasiyasını həyata keçirmək üçün hərbi resurslardan istifadəni nəzərdə tutur.