Allergik insanlar üçün məişət allergenləri xüsusilə təhlükə yaradır.
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, allerqoloq Vladimir Bolibok evdə ən allergen yerləri açıqlayıb.
“Öskürək, asqırmaq, burun axması və boğulma məişət allergiyasının olmasını göstərir.
Mənzildə otaq bitkiləri, torpaq, yumşaq mebel, divarlar ən çox allergen və tozun yığıldığı yerlərdir.
Yaşayış olan yerdə uzun müddət toz gənələri yığılıb qalır.
Toz gənələri aktiv şəkildə divan kresloda, yataqda, xalça-kavrolitdə artıb çoxalır və allergiyası olanlar, eləcə də uşaqlar üçün təhlükəlidir.
Kif göbələkləri isə nəmişlik, rütubət olan yerlərdə, divarda, divar kağızı altında, bitkilərdə və döşəmə altında olur. Kif göbələyi də havada allergenləri artırır.
Evdə çox allergen toplanmasının və məişət allergiyanızın olduğunu göstərən simptomlar: burun sulanması, dayanmadan asqırma, öskürək, təngnəfəslik.
Müalicə olunmazsa xroniki iltihabi prosesə keçir.
Allergiyası olanlar evdə ciddi təmizlik, kif və toza fikir vermək lazımdır”.