Bakıda keçirilən COP29 konfransında təşkil olunan Yaşıl Zonada Bakı Ağ Şəhər layihəsinin pavilyonu maraqla qarşılanıb.
NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, pavilyonda Ağ Şəhər layihəsinin tamamlanmış halının maketi təqdim olunub. Maketdə layihəyə aid yeni binaları da görmək olur.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilib. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur.