Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Litvanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro göndərəcəyik”, – nazirliyin bəyanatında deyilir.
Məlumata görə, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək.
Qeyd edək ki, bu, Litvanın ikinci belə yardımıdır. 5 milyon avro məbləğində birinci yardım paketi 2022-ci ilin sonunda edilib.