Petrosyan Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan qarışdıbackend

Petrosyan Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan Monqol imperiyasının hökmdarı, tarixdə əfsanəvi türk sərkərdəsi kimi tanınan Çingiz xandan sitat gətirib.

NOCOMMENT.az xəbər verir ki, onun paylaşımı erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

“Qorxursansa etmə, edirsənsə qorxma, etmisənsə peşman olma…” Bu sözlər XII əsrdən bəri Çingiz xana aid hesab edilir. Bilmirəm, həqiqətən ona məxsusdur, ya yox. Amma onun siyasi fəaliyyətinə görə çox müasir yanaşmadır”, – Petrosyan bildirib.

Onun türk sərkərdəsi kimi adı çəkilən Çingiz xandan sitat gətirməsi erməni ictimaiyyətində narazılığa səbəb olub. Petrosyanın bu paylaşımının İrəvan hökumətinə, xüsusilə hakim Mülkü Müqavilə Partiyasının bəzi üzvlərinə mesaj olduğu iddia edilir. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətdəki son istefalar zamanı onu da siyahıya salması gözlənilib. Hətta yaxın zamanda Romanos Petrosyanın vəzifəsindən istefa verə biləcəyi deyilir.

Deputat Sasun Mikaleyan və baş nazir aparatının Araik Arutyanın ounla münasibətlərinin gərgin olduğu iddia edilir. Hətta Arutyunyanın Petrosyanı istefaya göndərmək istədiyi bildirilir./Globalinfo.az