Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq – RƏSMİbackend

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql edilən neftinin miqdarı 1,5 milyon ton olacaq. Gələcəkdə Qazaxıstan ixrac həcmlərini daha da artırmağı düşünür. 

NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Qazaxıstanın Energetika naziri Almasadam Satkaliyev açıqlayıb.

Nazir deyib ki, ölkəsi BTC ilə nəql olunan neftin həcmini bir ildə 20 milyon tona çatdırmaq istəyir.

Qazaxıstan Məclisində neft sektorunun inkişafı ilə bağlı keçirilən müşavirədə neftin ölkə iqtisadiyyatında xüsusi çəkisinə diqqət çəkən S.Satkaliyev qeyd edib ki, neft-qaz sektorunun dövlət büdcəsinin gəlirlərində payı 28 faizdən çoxdur. Satkaliyev bu il 88,4 milyon ton neft hasil etməyi və bunun 68,8 milyon tonunu ixrac etməyi planlaşdırdıqlarını bildirib.

Neft ixracı üçün alternativ nəqliyyat marşrutlarının hazırlanmasının Qazaxıstan hökumətinin qarşısında duran strateji vəzifələrdən biri olduğunu deyən Satkaliyev bildirib ki, perspektivli marşrut kimi BTC-ni qiymətləndirirlər: “Bu il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Qazaxıstan nefti təxminən 1,5 milyon ton olacaq. Biz bu boru kəməri ilə nəql edilən neftin həcmini ildə 20 milyon tona çatdırmağı düşünürük”.

Nazir Satkaliyev əlavə edib ki, 2026-cı ilə kimi ölkədə illik neft hasilatını 100 milyon tona çatdırmağı, 2035-ci ilə qədər isə ölkədə benzin, aviasiya və dizel yanacağı kimi məhsulları tamamilə daxili bazardan təmin etməyi hədəfləyirlər.