Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Onun sözlərinə görə, KTMT sammitində iştirak etməyəcək İrəvan planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.
Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 28-də Astanada keçiriləcək. Sammitdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq, bir sıra sənədlər qəbul ediləcək.