Ukraynadakı münaqişə ABŞ və Çin arasında qlobal güc balansının bir hissəsidir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.
“Avropada insanlar başa düşməlidirlər ki, Ukraynadakı münaqişə sabah istənilən şəraitdə başa çatsa belə, bu, hər şeyin normala dönəcəyi anlamına gəlmir, çünki bu, daha böyük çağırışın bir hissəsidir. Və bu, ABŞ və Çin arasında gücün yenidən balanslaşdırılmasıdır. Hazırda dünyada baş verən budur”, – Bauer bildirib.
Admiral həmçinin əlavə edib ki, Qərb “Ukraynadan daha böyük bir şey üçün mübarizə aparır”. O vurğulayıb ki, Aİ-də NATO-da ABŞ kimi vahid lider yoxdur, buna görə də istənilən qərar müzakirələr yolu ilə qəbul edilir.