Nüvə silahlarının Ukraynaya ötürülməsi planının hazırlanmasının arxasında Fransa prezidenti Emmanuel Makron dayanır.
NOCOMMENT.az xəbər verir ki, bunu NEWS.ru-ya müsahibəsində politoloq Sergey Markov deyib.
“Bu planın yaradıcısı Makrondur və Bayden komandasının bir hissəsi bu plana meyl edir. Bu nüvə silahlarının ötürülməsi ABŞ-da dövlət çevrilişinə cəhd kimi qiymətləndiriləcək, sonra isə, əlbəttə ki, Bayden ittiham olunacaq. Qiyam da mümkündür”, – Markov bildirib.
O, etiraf edib ki, Bayden həqiqətən də Ukraynaya nüvə silahı ötürə bilər, çünki onun komandasının bir hissəsi beləliklə ABŞ prezidenti Donald Trampın seçilməsinə mane olmağa çalışacaq.