Avropa mövcud qaydalara əməl etsə, müasir silah müharibəsində qalib gələ bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” fransız admiralı Pyer Vandierin sözlərinə istinadən məlumat yayıb.
“Avropa bu gün özünə tətbiq etdiyi qaydalara əməl etməklə gələcək silah müharibəsində qalib gələ bilməz”, – deyə o vurğulayıb.
O ümid etdiyini bildirib ki, 2025-ci ildə Haaqada keçiriləcək NATO sammiti Aİ-yə “silahlanma yarışını davam etdirmək” istəyirsə, “qaydalarını dəyişməli” siqnalı verəcək.