Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏKbackend

Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli nəqliyyat növü olan metro sərnişinlərin vaxt itirmədən şəhər daxilində rahat hərəkət etməsini təmin edir.

NOCOMMENT.az Viral.az-a istinadən xəbər verir ki,Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək. Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb.

Bəs bu anlaşma çərçivəsində nə nəzərdə tutulub?

Bakı Metropoliteni QSC-nin sədr müavini Şahin Mirzəyev bildirib ki, Bakı metrosu bu gün 630 min sərnişin daşıyır. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar və 20 vaqon gətirilməsi nəzərdə tutulub.

Nəqliyyat eksperti Rauf Ağamirzeyev bildirib ki, günü-gündən şəhərimiz müasirləşsə də, metro haqqında bunu demək olmur. Əgər metroda müəyyən xətlərin tikintisi ciddi dəyişikliklərə səbəb olacaqsa, bu, sərnişin axınına təsir edəcək. Nəzərdə tutulan bütün bu dəyişikliklər sərnişin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu layihə şəhər sakinlərinə daha rahat və sürətli mənzil başına çatmaq məqsədi daşıyır.