13 il saxta ittihamlarla cəza çəkən alman Manfred Genditski hakimiyyətdən dəfələrlə təzminat tələb edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
“İddiaçı ən azı 750 min avro mənəvi ziyana görə kompensasiya tələb edir”, – deyə Münhen rayon məhkəməsinin nümayəndəsi vurğulayıb.
2010-cu ildə Münhen rayon məhkəməsi Manfred Genditskini yaşlı qadının qətlinə görə ömürlük həbs cəzasına məhkum edib. Qadın onun yaşadığı evin sahibi olub. Münsiflər heyəti mübahisədən sonra qadını vurduğunu və onu vannada boğduğunu iddia edən ittiham tərəfi ilə razılaşaraq Manfred Genditskini təqsirli bilib. Daha sonra ekspertlər onun bədbəxt hadisə nəticəsində öldüyü qənaətinə gəliblər.
Yerli prokurorluğun məlumatına görə, Genditski 2023-cü ildə həbsdə keçirdiyi 4916 günün hər biri üçün 75 avro olmaqla, artıq 368 min avrodan çox pul alıb.