Avstraliyada uşaqlar üçün sosial media qadağan ediləcəkbackend

Avstraliyada uşaqlar üçün sosial media qadağan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya parlamentinin aşağı palatası 16 yaşdan kiçik uşaqlar üçün sosial media hesablarının yaradılmasına qadağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

115 deputatdan 102-si qanunun lehinə səs verib. “Yaşıllar” və bir sıra müstəqil deputatlar əleyhinə səs verib. Qanun Avstraliya Parlamentinin yuxarı palatası tərəfindən qəbul edilərsə, Snapchat, TikTok, Instagram, Reddit və X-dən 32,2 milyon dollar cərimə təhlükəsi altında 16 yaşdan kiçik yetkinlik yaşına çatmayanların hesablarının qeydiyyatını qadağan etmək tələb olunacaq.