İndoneziyanın Şimali Sumatra əyalətində torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb, itkin düşənlərin axtarışları davam etdirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İndoneziyanın Fövqəladə Halların İdarə Olunması üzrə Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, əyalətdə sürüşmələrə güclü yağışlar səbəb olub.
Təbii fəlakət yaşayış binalarına, yollara, kənd təsərrüfatına ciddi zərər vurub.