Sərfəli təklifləri və davamlı layihələri ilə tanınan “Nar” Azərbaycanda rabitə peşəkarlarını yetişdirmək məqsədilə telekommunikasiya sahəsində təhsil alan tələbələr üçün mütəmadi keçirilən “Mobil Rabitənin Əsasları” davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, növbəti təlim Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilib. Təlim çərçivəsində tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar. Təlim Azərbaycan Texnologiya Universitetində təsis edilmiş “Nar” Laboratoriyasında baş tutub.
Qeyd edək ki, “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Texnologiya Universiteti (ATU) ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan “Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.