İran İsraillə birbaşa qarşıdurmaya can atmır, lakin yəhudi dövlətinin genişmiqyaslı müharibəyə çevrilə biləcək istənilən təhdidinə cavab verməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Sivilizasiyalar Alyansının Portuqaliyanın Kaşkays şəhərində keçirilən forumunda bəyan edib.
“Biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq, lakin bunu istəmirik”. Əgər israillilər müharibə yolunu seçsələr, biz tam hazırıq”.