Kobaxidze Gürcüstanın Rusiya ilə münasibətlərdə praqmatik siyasətini açıqlayıbbackend

Kobaxidze Gürcüstanın Rusiya ilə münasibətlərdə praqmatik siyasətini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Rusiya ilə münasibətlərdə praqmatik siyasət yürütmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstan-Rusiya münasibətlərinə gəlincə, bizim praqmatik siyasətimiz olacaq”, – o vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, kollektiv Qərb ölkələri hazırda Gürcüstanda rəngli inqilab yaratmağa çalışırlar.

Noyabrın 21-də hakim “Gürcü arzusu” partiyası Şalva Papuaşvilinin yenidən parlament sədri vəzifəsinə, hazırkı hökumət başçısı İrakli Kobaxidzenin isə ölkənin baş naziri postuna namizədliyini irəli sürüb.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib, “Dəyişiklik Koalisiyası”nın üzvləri hətta deputat mandatlarından da imtina ediblər.