Dünya bazarında Robusta qəhvəsinin qiyməti rekord həddi keçibbackend

Dünya bazarında Robusta qəhvəsinin qiyməti rekord həddi keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robusta qəhvəsinin yanvar fyuçerslərinin qiyməti bir ton üçün 5,5 min dolları ötüb.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə ICE Futures-in məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, noyabrın 27-də keçirilən ticarətin yekunlarına əsasən, Robusta qəhvəsinin yanvar fyuçerslərinin qiyməti 7,15% bahalaşıb.

Bu, 2008-ci ildən bəri rekord göstəricidir.

Arabica qəhvəsinin qiyməti də bu yaxınlarda bir ton üçün 7 min dolları keçib – qiymətlər 1977-ci ildən bəri müşahidə olunmayıb.

Əvvəllər bildirilib ki, bahalaşmanın əsas səbəbi Braziliyada məhsulun azalmasıdır. Əsas qəhvə istehsal edən ölkə quraqlıqla üzləşir.