Ötən gecə Tbilisidə etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Qurumun yaydığı bəyanatda bildirilib ki, parlament binası yaxınlığında keçirilən aksiya zamanı 32 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, onlardan 13-nə cərrahi müdaxilə edilib.