Yaponiya hökuməti cari maliyyə ilində investisiya və kredit proqramı üçün maliyyəni 1,122 trilyon yen, yəni 7,46 milyard dollara qədər artırmağı planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu vəsait həm də G7-nin digər ölkələri ilə əməkdaşlıq çərçivəsində Ukraynaya dəstək üçün istifadə olunacaq. İyun ayında G7 liderləri Kiyevə Rusiya aktivlərindən əldə edilən faizlər hesabına 50 milyard dollar kredit verməyə razılaşıblar.