Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı (2022-ci il təvəllüdlü) T. B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.
Həkimlərin intensiv terapiya cəhdlərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının qızdırmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.