“Qarşıdan tətil günləri gəlir və bir neçə gün qeyri iş günləri olacaq. İnsanlar tətil vaxtlarında öz səyahət planlarını edirlər. Bununla əlaqədər olaraq istər daxili, istərsə də xarici turlara tələb artır”.
Bu barədə NOCOMMENT.az-a turizm eksperti Ceyhun Aşurov danışıb.
“Məsləhətdir ki, insanlar araşdırılmış şəkildə öz turlarını planlaşdırsınlar və daha etibarlı mənbələrdən istifadə etsinlər. Kəskin endirimləri mütləq yoxlamaq lazımdı çünki, bəzən təəssüflər olsun ki, yalnış informasiyalara da rast gəlmək olur”.
Ekspert qeyd edir ki, tur qiymətlərində kəskin ucuzluq varsa, və ya eyni tur birlikdə daha ucuza verilirsə bunu yoxlamaq məsləhətdir:
“Ümumilikdə istər daxili, istərsə də xarici turlarda yeni il üçün hazırlanmış paketlərdə onların qiymətləri vardır və bunlar turizm şirkətlərinin saytında, sosial hesablarında reklam edilir.
Hər zaman məsləhətdir ki, səyahətlər öncədən planlaşdırılsın, öncədən biletlər alınsın bu zaman daha çox qənaət etmək imkanları olur”.
Aişə Əbdülova