Polşanın baş naziri Donald Tusk, Rusiyaya qarşı çıxmaq üçün Baltik dənizində “dəniz polisinin” yaradılmasına ehtiyac olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, nazir bununla bağlı region ölkələrinin ıayihəni həyata keçirməsinə çağırış edib.
Tusk bu təklifi Baltikyanı və Şimali Avropa ölkələrinin hökumət başçılarının görüşü öncəsi irəli sürüb.
O qeyd edib ki, NATO ölkələri artıq Baltikyanı ölkələr olan Latviya, Litva və Estoniya ərazisi üzərində “hava polisi” həyata keçirməyə başlayıblar.