Donald Tramp BRİKS ölkələrini 100% rüsum tətbiq etməklə hədələyibbackend

Donald Tramp BRİKS ölkələrini 100% rüsum tətbiq etməklə hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birlik yeni valyuta yaratsa və ya dollardan imtina edərsə, Birləşmiş Ştatlar BRİKS mallarına 100% ticarət tarifləri tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

“Biz bu ölkələrdən öhdəlik tələb edirik ki, yeni BRİKS valyutası yaratmayacaqlar və ya güclü ABŞ dollarını əvəz etmək üçün başqa valyutaya dəstək verməyəcəklər, əks halda 100% tariflərlə üzləşəcəklər…”, – o qeyd edib.

Tramp əlavə edib ki, bu halda BRİKS ölkələri “gözəl Amerika iqtisadiyyatına satış ideyası ilə vidalaşmalı olacaqlar”.