Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Əbu Məhəmməd ə-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün səhər ərəb, İsrail və İran mediası məlumat yayıb.
Qeyd edilib ki, Əbu Məhəmməd ə-Culani Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəzsi zamanı öldürülüb.
HTŞ hələ ki, bu barədə məlumatı nə təsdiq, nə də təkzib edib.