Bakının Şüvəlan qəsəbəsində yerləşən 21 mənzilli bina qəzalı vəziyyətdədir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yaşayış binasını siçovullar da basıb. Həmçinin yağış yağan vaxt binanın taxta tavanından su dammağa başlayır.
60 yaşlı binanın sakinləri deyirlər ki, problemlə bağlı hara müraciət etsələr də, şikayətə baxan olmayıb.
Ərazi üzrə 130 saylı Mənzil Kommunal İstismar Sahəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin binada əsaslı təmirin aparılması nəzərdə tutulub. Lakin təmirin vaxtı müəyyən edilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.