Almaniya üçün Çinlə əməkdaşlıq etmək münaqişədən daha sərfəlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“Əməkdaşlıq qarşıdurmadan yaxşıdır”, – XİN rəhbəri deyib.
Eyni zamanda o qeyd edib ki, Çin və Rusiya arasında münasibətlər Avropanın maraqlarına ziddir.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ-nin Rusiya ilə əməkdaşlığa görə İran və Çinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.