Türkiyədə noyabr ayında illik inflyasiya 47,09%-a enib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı İstehlak Qiymətləri İndeksi (TÜFE) rəqəmlərini açıqlayıb.
Hesabat dövründə ölkədə aylıq inflyasiya isə 2,24% təşkil edib.
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 26,24% ilə daşıma olub.