Avropa İttifaqının aerokosmik istehsalçıları amerikalı sahibkar İlon Maska məxsus Starlink peyk şəbəkəsi ilə rəqabət aparmaq üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Avropanın Airbus, Thales və Leonardo şirkətləri İlon Maska rəqib olmaq ümidi ilə yeni birgə kosmik şirkət yaratmaq planlarını nəzərdən keçirirlər”, – deyə agentlik vurğulayıb.
Danışıqların yalnız ilkin mərhələdə olduğu aydınlaşdırılır ki, birgə layihə “Bromo” kod adını alıb.
Agentlik həmçinin Starlink şəbəkəsinin sürətli inkişafı fonunda Avropa sektorunun böyük itkilər verdiyini yazır.