Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıbbackend

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Facebook” olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “StatCounter” məlumat yayıb.

Hesabat dövründə “Facebook”un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 61,11% təşkil edib. Bu isə oktyabr ayı ilə müqayisədə 0,22 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 11,71% payla “İnstagram” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,78 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 0,33 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 9,57% payla “Pinterest” olub. Bu, oktyabr ayı ilə müqayisədə 0,58 faiz bəndi çox, illik müqayisədə 0,45 faiz bəndi azdır.

Ötən ay “X” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 0,88 faiz bəndi, illik 0,6 faiz bəndi artaraq 9,09%-a çatıb. May ayında “X” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Ötən ay “Youtube” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,86 faiz bəndi, illik 1,17 faiz bəndi azaldaraq 6,19%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri isə 1,42% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,56 faiz bəndi, illik 0,88 faiz bəndi artırıb.