İranın paytaxtı Tehranın şimalında yerləşən Evin adlı həbsxanada altı siyasi məhbus barəsində edam hökmü çıxarılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.
Bildirilib ki, altı siyasi məhbus “dövlətə xəyanət”də ittiham olunub.
Məlumata görə, 2024-cü ilin martından indiyədək İranda edam olunanların sayı təxminən 743 nəfərə çatıb.
Vurğulanıb ki, İran həbsxanalarında “Çərşənbə axşamı Edamına Yox” kampaniyası davam edir. Bu aksiyaya Evin, Qızılhasar, Kərəc Mərkəzi Həbsxanası, Böyük Tehran, Ərak, Xürrəmabad, Əsədabad, Dəstgərd, Şiban, Nizam, Bam, Kaxnuc, Məşhəd, Qaimşəhr, Lakan, Ərdəbil, Təbriz, Urmiya, Səlmas, Xoy, Nəğədə (Sulduz), Saqqız, Mərivan, Kamiyaran və başqa şəhərlərdəki həbsxanalar da qoşulub.