ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp kosmosa səyahət edən milyarder Cared Ayzekmanı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri təyin edəcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Mən görkəmli biznes-lider, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanı Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə təyin etməkdən məmnunam”, – Tramp bildirib.
Qeyd edək ki, 2012-ci ildə Ayzekman ABŞ Silahlı Qüvvələri üçün hərbi pilotlar hazırlayan və dünyanın ən böyük şəxsi döyüş təyyarələri parklarından birini idarə edən “Draken International” şirkətinin həmtəsisçisi olub. 2009-cu ildə Ayzekman dünya üzrə uçuşlar üzrə dünya rekordu vurub və 2011-ci ildə Embri Riddl Aviasiya Universitetində peşəkar aeronavtika üzrə bakalavr dərəcəsi alıb.
Milyarder əsas sərvətini 1999-cu ildə qurduğu, hazırda “Shift4 Payments” adlanan və pərakəndə ödəniş prosessoru olan “United Bank Card” şirkətindən əldə edib.
Ayzekman həmçinin 10-15 sentyabr 2024-cü il tarixləri arasında “Polaris Dawn” missiyasında iştirak edib. O, “Crew Dragon” gəmisinin kapitanı kimi ilk dəfə qeyri-peşəkar astronavtlarla kosmosa çıxıb.