Kadırov İlon Maskdan üzr istədibackend

Kadırov İlon Maskdan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı İlon Mask Çeçenistan lideri Ramzan Kadırova “Cybertruck” hədiyyə etməyib. Kadırovun sözlərinə görə, bu, onun zarafatıdır.

NOCOMMENT.az bu barədə məlumatı xarici mətbuatdan əldə edib.

“Əslində İlon Maskla maraqlanıram. Onun xarakterini, həyat tərzini, davranışını, həyatdakı mövqeyini bəyənirəm. Mən onunla sosial şəbəkələr vasitəsilə zarafat etməyi xoşlayıram”, – deyə Kadırov bildirib.

Onun sözlərinə görə, “Cybertruck” müharibə üçün uyğun deyil və “UAZ Patriot” bu məqsədlər üçün daha uyğundur.

“Əgər biz İlon Maskı bir növ incitmişiksə, üzr istəyirik”, – deyə Kadırov yekunlaşdırıb.

Xatırladaq ki, bu ilin avqust ayında Çeçenistan lideri Maskın ona “Cybertruck” verdiyini açıqlayıb. Kadırovun “Telegram” kanalında yayımlanan videoda o, Qroznı küçələrində elektromobillə hərəkət edib. Maşının yük yerində pulemyot yerləşdirilib. Onun sözlərinə görə, avtomobil Rusiya-Ukrayna cəbhəsinə göndərilib.

Daha sonra Mask Çeçenistan prezidentinə “Cybertruck” verilməsi ilə bağlı məlumatı təkzib edib.