Qazaxıstanda dörd terror aktının qarşısının alındığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayev ölkə prezidenti Kasım-Jomart Tokayevə hesabatında deyilir.
Yermek Sagimbayev qeyd edib ki, ölkənin milli təhlükəsizlik orqanları dörd terror aktının hazırlanmasının qarşısını alıb. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, terrorçuluq və ekstremizmdə iştirakda təqsirli bilinən 84 nəfər məhkum edilib, 44 vətəndaş saxlanılıb.
6 qazaxıstanlı Suriya və Türkiyədən Qazaxıstana ekstradisiya edilib, onlardan ikisi cinayət törətməkdə şübhəli bilinib. Milli Təhlükəsizlik Komitəsi tərəfindən terrorçuluq və ekstremizmlə məşğul olan 824 əcnəbinin ölkəyə gəlmək cəhdinin qarşısı alınıb.